Şərtlər və Qaydalar
Son Yenilənmə Tarixi: 17 Oktyabr 2024
1. Ümumi Məlumat
Aloe+ mobil tətbiqi (bundan sonra "Tətbiq") Novo Pharm MMC tərəfindən idarə olunur və təqdim edilir. Novo Pharm MMC-nin hüquqi ünvanı: Neftçilər prospekti 153, Bakı, Azərbaycan, AZ 1010.
Aloe+ istifadəçilərə mobil tətbiq vasitəsilə məhsul sifariş etməyə və sifarişlərini 48 saat ərzində, iş saatları ərzində istifadəçi tərəfindən seçilmiş aptekdən təhvil almağa imkan verir. Müştərilər sifariş etdikləri məhsullar üçün ödənişi yalnız təhvil alma zamanı ödəyə bilərlər.
2. Qeydiyyat və Hesablar
2.1. Tətbiqdən istifadə üçün mütləq şəkildə qeydiyyat tələb olunur. Qeydiyyat zamanı mobil nömrə əlavə edilməsi şərtdir və qeydiyyat prosesi OTP (birdəfəlik şifrə) kodu ilə tamamlanır.
2.2. Tətbiqin istifadəsi yalnız 18 yaş və yuxarı şəxslər üçün nəzərdə tutulub.
3. Məlumatların Toplanması və İstifadəsi
3.1. Tətbiq istifadəçilərdən aşağıdakı məlumatları toplayır: ad, soyad, mobil nömrə, e-poçt ünvanı, doğum tarixi və cins. Bu məlumatlar istifadəçilərə tətbiqin funksiyalarını təqdim etmək, müştəri dəstəyi göstərmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə edilir.
3.2. Aloe+ tətbiqi Google Analytics vasitəsilə istifadəçi məlumatlarını toplayır. Bu məlumatlar yalnız tətbiqin işləmə funksiyalarını təkmilləşdirmək və marketinq məqsədilə istifadə olunur. Google Analytics-in məlumatların işlənməsi siyasəti ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.
4. Ödənişlər və Abunəliklər
4.1. Aloe+ tətbiqi vasitəsilə birbaşa ödənişlər mövcud deyil. İstifadəçilər sifariş etdikləri məhsulları seçilmiş aptekdən təhvil aldıqda ödənişi həyata keçirirlər.
4.2. Ödənişin geri qaytarılması ilə bağlı suallarınız yaranarsa tətbiqdə yerləşən Geri Qaytarılma şərtləri bölməsinə keçid edərək tanış ola və ya bu linkə keçid edərək bizimlə əlaqə saxlaya bilərsiniz.
5. İstifadəçi Məsuliyyəti
5.1. İstifadəçilər tətbiqdən yalnız qanunlara uyğun, tələblərini təmin etmək üçün və düzgün şəkildə istifadə etməlidirlər.
5.2. Tətbiqdən qeyri-qanuni və ya qeyri-etik məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. İstifadəçi şərtlərinin pozulması nəticəsində Novo Pharm MMC tətbiqdən istifadəni birtərəfli məhdudlaşdıra və ya ləğv edə bilər.
6. İntellektual Mülkiyyət
6.1. Tətbiqin bütün məzmunu, dizaynı və loqotipləri Novo Pharm MMC-yə məxsusdur və intellektual mülkiyyət hüquqları ilə qorunur.
6.2. İstifadəçilər Aloe+ tətbiqindən yalnız şəxsi və qeyri-kommersiya məqsədilə istifadə edə bilərlər.
7. Məsuliyyətin Məhdudlaşdırılması
7.1. Aloe+ tətbiqi vasitəsilə göstərilən xidmətlərdən istifadə zamanı hər hansı bir problemlə qarşılaşdığınız halda, bu linkə keçid edərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik.
8. Dəyişikliklər və Xəbərdarlıqlar
8.1. İstifadəçi şərtlərində hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə, istifadəçilərə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.
8.2. İstifadəçi tətbiqi ilk dəfə istifadə edərkən şərtləri oxuyub qəbul etdikləri barədə təsdiq verməlidirlər.
8.3. İstifadəçi öz şəxsi məlumatlarını dəyişdikdə, məlumatların doğruluğuna görə cavabdehlik daşıyır.