Geri Qaytarma Siyasəti

Malların qaytarılması


Novo Pharm MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq fəaliyyət göstərir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, aşağıdakı hallarda alınmış malı, alındığı günü nəzərə almadan 14 gün ərzində qaytara və ya dəyişdirə bilərsiniz:
A) Alınan məhsul qüsurlu olsa (zavod qüsuru)


Qaytarma proseduru:
1. Alıcı *3103 qaynar xəttinə müraciət edərək malı qaytarmaq niyyətini bəyan edə bilər.
2. Alıcı operatorun göstərişinə uyğun olaraq malı aldığı “Aloe+” satış nöqtəsinə yaxınlaşır və satıcıya (əczaçıya) niyyətini bildirir.
3. Malın və ya malların yoxlanılması satıcı (əczaçı) tərəfindən həyata keçirilir. Zavod qüsuru yerində təsdiqlənərsə, məhsul yenisi ilə əvəz olunur və ya məbləğ geri qaytarılır.
4. Alıcı tərəfindən zədələnməmiş, zavod qüsurlu qaytarılan mallara görə alıcıya məhsulun dəyəri tam ödənilir.
5. Geri qaytarılan mala görə məbləğ, alıcının alış zamanı istifadə etdiyi ödəniş üsulu ilə geri qaytarılacaqdır.
6. Malı geri qaytarmaq üçün alıcı mütləq şəkildə kassa çekini (alışı təsdiq edən rəsmi maliyyə sənədləri və qəbzlər) satıcıya (əczaçıya) təqdim etməlidir.
b) Alıcının şəxsi istəyi ilə
Aşağıda qeyd olunan hallarda məbləğ geri qaytarılır:
1. Mal istifadə olunmamış və orijinal vəziyyətdədirsə.
2. Malın satış qablaşdırması, etiketləri, işarələnmələri saxlanılıbsa.
3. Kosmetik və parfümeriya məhsulu deyilsə.
4. Alındığı tarixdən etibarən 14 gün keçməyibsə.
5. Məhsulun komplektasiyası tamdırsa.
6. Maliyyə sənədləri və qəbzlər saxlanılıbsa.
7. Məhsul zədələnməmiş və istifadəyə yararlı vəziyyətdədirsə.

Qaytarma proseduru:
1. Alıcı *3103 qaynar xəttinə müraciət edərək malı qaytarmaq niyyətini bəyan edə bilər.
2. Alıcı operatorun göstərişinə uyğun olaraq malı aldığı “Aloe+” satış nöqtəsinə yaxınlaşır və satıcıya (əczaçıya) niyyətini bildirir.
3. Malın və ya malların yoxlanılması satıcı (əczaçı) tərəfindən həyata keçirilir. Yuxarıda qeyd edilən şərtlər yerində təsdiqlənərsə məhsul geri qaytarılır və alıcıya məhsulun dəyəri tam ödənilir.
4. Geri qaytarılan mala görə məbləğ, alıcının alış zamanı istifadə etdiyi ödəniş üsulu ilə geri qaytarılacaqdır.
5. Malı geri qaytarmaq üçün alıcı mütləq şəkildə kassa çekini (alışı təsdiq edən rəsmi maliyyə sənədləri və qəbzlər) satıcıya (əczaçıya) təqdim etməlidir.